Röya – Dedin Yox Şarkı Sözleri

Röya – Dedin Yox Şarkı Sözleri

Röya – Dedin Yox Şarkı Sözü

Bir gün məhəbbət haqqında danışdım sənə,
Sən məni başa düşmədin,duymadın yenə,
Dedin yox…
Mən dedim günəş sarıdır,sən dedin qara,
Mən dedim qışda gəzərkən iz düşür qara,
Dedin yox…

Dedim mən səni tək qalmağa qoymayacağam.
Səni tərk edib başqasıyla olmayacağam.
Dedin yox Dedin yox Dedin yox…
Dedin yox Dedin yox Dedin yox…

Mən dedim fəsil dəyişir keçəndə aylar,
Dedim bir il içində on iki ay var,
Dedin yox…
Mən dedim yumsan gözünü düşər qaranlıq,
Yum gözünü məni düşün,düşün bir anlıq,
Dedin yox…

Niyə bəs açıq söyləmədin istəyini sən.
Sevsəm də səni indi məcburam gedəcəyəm.
Dedin yox Dedin yox Dedin yox…
Dedin yox Dedin yox Dedin yox…

Mən dedim bu davranışdır könlümü üzən.
Gəlmişəm daha qərara getməliyəm mən.
Dedin yox…
Mən dedim quşlar uçarkən qanad açarlar.
Mən dedim ulduzlar göydə işıq saçırlar.
Dedin yox…

Dedim mən səni tək qalmağa qoymayacağam.
Səni tərk edib başqasıyla olmayacağam.
Dedin yox Dedin yox Dedin yox…
Dedin yox Dedin yox Dedin yox…

Şeir

Bilirəm səni sevəcəklər məndən sonra.
Amma bilirsən,sıradan biriləri kimi sevəcəklər.
Görüşmək,şam yeməyi,bir dəstə gül və.s
Amma mənim kimi paltarını necə geyinməyini,
Ayaqqabılarını təmizləməyini,şalvarının ütülənməyinə həssas yanaşmağını
Eyvanda oturub siqaret çəkə-çəkə gözlərinin yol çəkməyini,səni yalandan qısqanmıram deməyini,
Saçlarını daramağını,qalstkunu boynuna sıxmağını,
Hətta əsəbləşib qapını çırpıb getməyinə kimi mənim tək səni sevən olmayacaq.
Bax buna əminəm.
Odur ki çox rahatam.
Deyirəm yox!

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu